Qazaxıstanda Respublika Vəkillər Kollegiyasının sədri Madi Mırzaqarayev Konstitusiya Komissiyasının işi çərçivəsində yeni Konstitusiyanın qəbul edilməsi məsələsinə baxılmasını təklif edib.
NTV “Kazinform”a istinadla xəbər verir ki, o, bütün təklif olunan dəyişikliklərin cəmiyyətin aktual tələblərinə və zamanın çağırışlarına uyğun olduğunu vurğulayıb.
“Bu dəyişikliklər üzrə yekun qərarı Qazaxıstan xalqı verəcək. Onların taleyini referendum müəyyən edəcək”, – deyə Mırzaqarayev bildirib.
