satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Prezidenti İran rəhbərliyi ilə əlaqə saxlayıb

ABŞ Prezidenti İran rəhbərliyi ilə əlaqə saxlayıb

ABŞ Prezidenti Donald Tramp son günlər İran rəhbərliyi ilə əlaqə saxlayaraq Tehranı nüvə silahı hazırlamamağa və etirazçılara qarşı qeyri-mütənasib güc tətbiq etməməyə çağırıb.

NTV-nin məlumatına görə, bu barədə Amerika lideri Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bəli, bunlar olub və mən onları davam etdirməyi planlaşdırıram", - deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, təmasları zamanı onlara iki şərt qoyub: birincisi, nüvə silahından imtina; ikincisi, etirazçıları öldürməyi dayandırmaq.

"Bir çox böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrana doğru gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - deyə Amerika lideri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM