satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə restoranlarda servis haqqı qadağan edilib

Türkiyədə restoranlarda servis haqqı qadağan edilib

Türkiyədə restoranlarda servis haqqı tələb etmək rəsmi olaraq qadağan edilib.

NTV "Haber Global"a istinadən xəbər verir ki, Türkiyənin Ticarət Nazirliyi tərəfindən hazırlanmış "Qiymət etiket qaydalarında dəyişiklik edilməsi qaydası" rəsmi qəzet - "Resmi Gazete"də dərc olunaraq qüvvəyə minib.

Yeni dəyişikliyə əsasən restoranlar, kafelər, şirniyyat dükanları və qida və içki xidmətləri təklif edən oxşar müəssisələr artıq istehlakçılardan servis, masa, örtük haqqı və s. kimi hər hansı bir ad altında əlavə ödəniş tələb edə bilməzlər.

Qərarda deyilir: "22/5/2003-cü il tarixli 4857 saylı Əmək Qanununun 51-ci maddəsinin müddəalarına əsasən, restoranlarda, kafelərdə, şirniyyat mağazalarında və qida və içki xidmətləri göstərən oxşar müəssisələrdə istehlakçıdan xidmət haqqı, masa haqqı, örtük haqqı və sair kimi heç bir adla əlavə ödəniş tələb edilə bilməz".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM