satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə daha da genişlənir

Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə daha da genişlənir

Mədəniyyət naziri Adil Kərimli Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.

Bu barədə NTV-yə  Mədəniyyət Nazirliyindən məlumat verilib.

Görüşdə Adil Kərimli bildirib ki, Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə şaxələnir, yeni məzmun qazanır. Müxtəlif mədəniyyət layihələrində qarşılıqlı iştirak, yaradıcı kollektivlərin mütəmadi səfərləri, müvafiq qurumlar arasında faydalı iş birliyinin qurulması bu sahədə əməkdaşlığın geniş mənzərəsindən xəbər verir.

Səmimi qəbula görə təşəkkür edən səfir Birol Akgün Türkiyə-Azərbaycan mədəni əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.

TÜRKSOY-a üzv ölkələrin birgə istehsalı olan “Molla Nəsrəddin: çətin günlərimin dostu” filminin Türkiyədə çəkilişlərinin başa çatdığı bildirilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM