Ukrayna polisinə çoxsaylı minalanmış obyektlər, o cümlədən məktəblər barədə məlumatlar daxil olub.
NTV-nin məlumatına görə, bu barədə "İnterfaks-Ukrayna" Kiyev polisin istinadən xəbər verir.
Polis Kiyevdə bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və digər qurumların minalanması barədə məlumat alıb.
"Bu cür məlumatlar çox vaxt növbəti informasiya hücumudur, hər bir ünvan polis heyətləri tərəfindən diqqətlə yoxlanılır. Yoxlamaya partlayıcı maddə mütəxəssisləri və kinoloqlar cəlb olunub", - məlumatında deyilir.
