satellite   Azerspace-1: 11135 H 30000

Suriya hökuməti və SDQ hərtərəfli inteqrasiya sazişi imzalayıb

Suriya hökuməti və SDQ hərtərəfli inteqrasiya sazişi imzalayıb

Suriya hakimiyyəti Suriya Demokratik Qüvvələrinin (SDQ) hökumət ordusuna və dövlət qurumlarına tədricən inteqrasiyasını nəzərdə tutan hərtərəfli sazişin bağlandığını bəyan edib.

NTV xəbər verir ki, bu barədə Suriya informasiya naziri Hamza əl-Mustafa "X" sosial şəbəkəsində məlumat yayıb.

"Saziş hökumət ordusu və SDQ qüvvələri arasında tam atəşkəsi, eləcə də hər iki tərəfin hərbi və inzibati strukturlarının mərhələli inteqrasiya prosesini nəzərdə tutur", - əl-Mustafa qeyd edib.

Eyni zamanda, saziş təmas xətlərindən hərbi qüvvələrin çıxarılmasını və Hasake və Kamışlı şəhərlərində hökumət qoşunlarının yerləşdirilməsini nəzərdə tutur, bu zaman SDQ Suriya ordusunun tabeliyində olan üç briqada tərkibində təşkilati bütövlüyünü qoruyub saxlayacaq. Hələb vilayətində Kobani (Ayn əl-Ərəb) şəhərində daha bir briqada yaradılacaq.

Qeyd edək ki, ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barrak Dəməşqlə SDQ arasında əldə olunan razılaşmanı milli barışıq və ölkənin sabitləşməsi yolunda tarixi addım adlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM