satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə klubunun avtobusu qəzaya uğrayıb, iki futbolçu xəsarət alıb

Türkiyə klubunun avtobusu qəzaya uğrayıb, iki futbolçu xəsarət alıb

Türkiyənin "Konyaspor" klubunun 19 yaşadək futbolçularından ibarət komandasını daşıyan avtobus yük avtomobili ilə toqquşub.

NTV Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində avtobus sürücüsü və iki futbolçu xəsarət alıb.

"Konyaspor"un U-19 kollektivi ölkə çempionatının XX turunda sabah "Beşiktaş"la keçiriləcək səfər oyunu üçün İstanbula yollanırmış.

Hadisə ilə bağlı "Konyaspor" tərəfi rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, qəza nəticəsində avtobusda olan məşqçilər, futbolçular və texniki heyətin ümumi sağlamlıq vəziyyəti qənaətbəxşdir. Bəzi futbolçular ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb, onların həyati təhlükəsinin olmadığı qeyd olunub. Avtobus sürücüsü Fevzi Öztürk isə nəzarət məqsədilə tibbi müayinəyə cəlb edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM