satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Enerji atəşkəsi dövründə Rusiya ordusu zərbələri logistikaya yönəldib

Zelenski: Enerji atəşkəsi dövründə Rusiya ordusu zərbələri logistikaya yönəldib

Enerji atəşkəsi dövründə Rusiya ordusu zərbələri logistikaya yönəldib.

NTV  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram”da paylaşımında deyilir.

“Ötən gecə energetika obyektlərinə zərbələr olmayıb, lakin dünən gündüz bir neçə regionda məhz enerji infrastrukturu hədəfə alınıb. Hazırda Rusiya ordusunun zərbələri logistikaya yönəltməsini qeydə alırıq”, – deyə dövlət başçısı bildirib.

Bundan başqa, Zelenski bildirib ki, yaşayış məhəllələrinə dron hücumları davam edir. Xüsusilə, Zaporojyedə “Şahed”lər şəhər rayonlarından birinə zərbə endirib, Xerson və Nikopol şəhərlərinə FPV-dronlarla zərbələr demək olar ki, sutka boyu davam edir. Çerniqov, Sumı və Xarkov vilayətlərinin sərhəd bölgələrində vəziyyət mürəkkəbdir.

Cümə axşamı ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidentindən bir həftə ərzində Kiyevə və bir neçə başqa şəhərə hücum etməməyi şəxsən xahiş etdiyini və Vladimir Putinin guya, bununla razılaşdığını bildirib.

Ukrayna Prezidenti Zelenski təşəbbüsə görə Trampa təşəkkür edib və vurğulayıb ki, belə addımlar müharibənin başa çatdırılması istiqamətində real irəliləyişə töhfə verir.

Kreml Rusiyanın enerji atəşkəsinə razılığını təsdiqləyib, lakin bunun yalnız fevralın 1-dək qüvvədə olacağını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM