satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı ABŞ-dan 9 milyard dollarlıq “Patriot” raketləri alacaq

Səudiyyə Ərəbistanı ABŞ-dan 9 milyard dollarlıq “Patriot” raketləri alacaq

ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxminən 9 milyard dollar dəyərində “Patriot” hava hücumundan müdafiə raketlərinin potensial satışını təsdiqləyib.

NTV xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Məlumata görə, Ər-Riyad ABŞ-dan 730 ədəd “PAC-3 MSE” tipli yer-hava raketi və əlaqəli avadanlıq almaq niyyətindədir. Satışla bağlı müvafiq bildiriş ABŞ Konqresinə təqdim olunub.

Pentaqon bildirir ki, bu sövdələşmə regionda güc balansını dəyişdirməyəcək və ABŞ ordusunun döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM