satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi dərc olunub

Qazaxıstanın yeni Konstitusiyasının layihəsi dərc olunub

Konstitusiya islahatı üzrə Komissiya Qazaxıstanın yeni Konstitusiyasının layihəsini dərc edib.

NTV-nin Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsinə istinadla verdiyi məlumata görə, ölkənin yeni Əsas Qanununun layihəsi vətəndaşların, siyasi partiyaların, ictimai təşkilatların və ekspertlərin təkliflərinin hərtərəfli təhlili, açıq ictimai müzakirələr və yeni norma və müddəaların ətraflı işlənməsi nəticəsində hazırlanıb.

Konstitusiya islahatının başlanğıc nöqtəsi Dövlət başçısı Kasım-Jomart Tokayevin Qazaxıstanda bir palatadan ibarət Parlament yaradılması təşəbbüsü olub.

Prezident bu ideyanı 2025-ci il sentyabrın 8-də ölkə xalqına ünvanladığı illik müraciətində siyasi sistemin kompleks yenilənməsi və süni intellekt dövründə Qazaxıstanın sosial-iqtisadi inkişafının sonrakı gedişatına müsbət təsir göstərmək məqsədilə səsləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM