satellite   Azerspace-1: 11135 H 30000

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

Fars körfəzi ölkələri ABŞ və Səudiyyə Ərəbistanı arasında yüksəksəviyyəli görüşlərə baxmayaraq, Vaşinqtonun İranla bağlı məqsəd və planları barədə aydın mövqe əldə edə bilməyiblər.

NTV xəbər verir ki, bu barədə “Fox News” Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrdən birinin rəsmisinə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ administrasiyası İranla bağlı qiymətləndirmələrini və strategiyasını Körfəz müttəfiqləri ilə bölüşməyib. Rəsmi şəxs Səudiyyə Ərəbistanının iştirak etmədiyi müharibə üçün öz hava məkanının istifadəsinə icazə verməyəcəyini də vurğulayıb. O əlavə edib ki, Körfəz ölkələri ABŞ və İranla diplomatik kanallar vasitəsilə təmasları davam etdirərək gərginliyin azaldılmasına çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM