satellite   Azerspace-1: 11135 H 30000

Çin Kanada və Britaniya üçün müvəqqəti vizasız rejim tətbiq edəcək

Çin Kanada və Britaniya üçün müvəqqəti vizasız rejim tətbiq edəcək

Çin 17 fevral 2026-cı il tarixindən etibarən Kanada və Böyük Britaniyanın adi pasport sahibləri üçün vizasız rejim tətbiq edəcək.

NTV-nin məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsinin bəyanatında deyilir.

Qeyd olunan ölkələrin vətəndaşları 30 gündən çox olmamaq şərti ilə Çinə viza rəsmiləşdirmədən daxil ola biləcəklər. İcazə biznes, turizm, qohum və dostları ziyarət, mübadilə proqramları, həmçinin tranzit məqsədilə edilən səfərlərə şamil olunur.

Sözügedən siyasət 31 dekabr 2026-cı il tarixinədək sınaq rejimində qüvvədə olacaq.

XİN-dən bildirilib ki, bu qərar üç ölkənin vətəndaşları arasında mübadiləni daha da sadələşdirmək məqsədilə qəbul edilib və Kanada ilə Böyük Britaniya liderlərinin Çinə səfərləri zamanı əldə olunmuş razılaşmaların icrasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM