satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Nigeriyaya hərbi texnika yerləşdirməyə başlayıb

ABŞ Nigeriyaya hərbi texnika yerləşdirməyə başlayıb

ABŞ terrorçu qruplaşmalarla mübarizənin aparıldığı Nigeriyanın şimal-şərqinə hərbi yüklərin daşınmasına başlayıb.

NTV xəbər verir ki, bu barədə "Vanguard" qəzeti Nigeriya Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb.

 

Məlumata görə, ən azı üç təyyarə vasitəsilə Nigeriya Silahlı Qüvvələrinin Borno ştatındakı bazasına hərbi sursat çatdırılıb.

"Nigeriya və ABŞ arasında danışıqların yekunlarına əsasən, Amerika hökuməti bizə təkcə hərbi qulluqçular göndərməyəcək, həm də üsyançılarla mübarizə üçün sursat tədarükü daxil olmaqla, zəruri dəstəyi göstərəcək", - mənbə qeyd edib.

Daha əvvəl terrorizmlə mübarizə üçün ABŞ-nin Nigeriyaya 200 hərbçi göndərəcəyi barədə xəbər verilmişdi. Qərbi Afrika ölkəsinin Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, onlar nigeriyalı həmkarlarının təlimi ilə məşğul olacaq, döyüş əməliyyatlarında isə iştirak etməyəcəklər. Müşahidəçilər qeyd edirlər ki, ABŞ qonşu Nigerdə belə bazanı itirdikdən sonra Sahel zonasında vəziyyəti izləmək üçün öz kəşfiyyat hərbi dronlarının bazasını Nigeriyanın şimal-şərqində yaratmağı planlaşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM