satellite   Azerspace-1: 11135 H 30000

G7 ölkələri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər

G7 ölkələri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər

G7 ölkələrinin xarici işlər nazirləri Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə ediblər.

NTV xəbər verir ki, bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra verilən birgə bəyanatda deyilir.

ABŞ Dövlət Departamenti tərəfindən yayılan sənədə görə, G7 ölkələri Yaxın Şərqdə, o cümlədən İsrail, Qəzza zolağı, Livan, Suriya və İranda siyasi, humanitar və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Görüş zamanı G7 ölkələrinin xarici işlər nazirləri İsrail və HƏMAS arasında atəşkəsin tam şəkildə həyata keçirilməsinə sadiq olduqlarını vurğulayıblar.

Bəyanatda görüş iştirakçılarının İranın nüvə proqramı ilə bağlı məsələləri də müzakirə etdikləri də qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM