satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanında muzeydə ən böyük Qurani-Kərim sərgilənir

Səudiyyə Ərəbistanında muzeydə ən böyük Qurani-Kərim sərgilənir

Səudiyyə Ərəbistanı Krallığının Hira mədəniyyət rayonundakı Qurani-Kərim Muzeyində dünyanın ən böyük Qurani-Kərim kitabı nümayiş olunur. Kitabın ölçüləri 312:220 sm-dir. 700 səhifədən ibarət olan müqəddəs böyüklüyünə görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

NTV “Əl-Ərəbiyyə” saytına istinadla xəbər verir ki, nümayiş olunan kitab 16-cı əsrə aid tarixi nüsxənin böyüdülmüş formasıdır. Əl-Fatihə surəsi nəsx xətti ilə qalan surələr isə süls xətti ilə yazılıb. Muzeydə sərgilənən Qurani-Kərim islam kitab sənətinin və ərəb xəttatlığının unikal nümunəsidir. Onun qədim orijinal nüsxəsi Kral Əbdüləziz Vəqf Kitabxanaları Mərkəzində qorunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM