satellite   Azerspace-1: 11135 H 30000

Kuril adalarında zəlzələ qeydə alınıb

Kuril adalarında zəlzələ qeydə alınıb

Rusiyanın Kuril adalarının şimalında gecə saatlarında 6 maqnitudada zəlzələ qeydə alınıb.

NTV-nin məlumatına görə, bu barədə Yujno-Saxalinsk Seysmoloji Stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

"16 fevral tarixində, saat 02:58-də (Bakı vaxtı ilə saat 03:58) Matua adasından 160 km şərqdə 6 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 73 km dərinlikdə yerləşib. Zəlzələnin hiss olunduğu barədə heç bir məlumat verilməyib", - o bildirib.

Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Qeyd edək ki, daha əvvəl Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM