satellite   Azerspace-1: 11135 H 30000

Ağ Ev: Tramp İranla bağlı bütün mümkün variantları nəzərdən keçirir

Ağ Ev: Tramp İranla bağlı bütün mümkün variantları nəzərdən keçirir

ABŞ-ın İrana qarşı potensial hərbi əməliyyatı ilə bağlı xəbərlərə cavab olaraq Ağ Ev Prezident Donald Trampın bütün mümkün ssenariləri nəzərdən keçirdiyini açıqlayıb.

NTV “Reuters” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ administrasiyasının mətbuat katibinin müavini Anna Kelli bildirib.

Onun sözlərinə görə, Tramp müxtəlif fikirləri öyrənir, lakin son qərarları ölkənin maraqlarına və milli təhlükəsizliyinə əsaslanaraq verir.

Agentlik, həmçinin qeyd edib ki, Pentaqon hücuma hazırlıq barədə xəbərlərə şərh verməkdən imtina edib.

Bir müddət əvvəl “Reuters” Birləşmiş Ştatlar rəsmilərinə istinadla onu da bildirmişdi ki, Trampın hücum əmri verəcəyi təqdirdə ABŞ Silahlı Qüvvələri İrana qarşı davamlı əməliyyatlar aparmağa hazırlaşır.

“ABŞ ordusu təkcə nüvə infrastrukturuna deyil, həmçinin İranın dövlət və təhlükəsizlik obyektlərinə zərbə endirə bilər”, - deyə agentliyin mənbələrindən biri vurğulayıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM