Polşa 16-cı kəşfiyyat taborunu ölkənin şərqinə, Suvalki dəhlizinə yerləşdirib.
NTV xəbər verir ki, bu barədə “RMF24” radiostansiyasının məlumatında deyilir. “Suvalki dəhlizinə yerləşdirilən tabor NATO-nun şərq cinahında kəşfiyyat imkanlarını və təhlükəsizliyi əhəmiyyətli dərəcədə gücləndirmək məqsədi daşıyır”, - deyə məlumatda bildirilib.
2023-cü ilin oktyabr ayında formalaşdırılan 16-cı kəşfiyyat taboru Varmyan-Masuriya voyevodalığının Yelk qminasındakı Konieczki qəsəbəsində dislokasiya olunacaq. Yeni kazarma kompleksi Belarus və Kalininqrad vilayəti arasında Litvanı Avropa İttifaqı ilə birləşdirən 100 kilometrlik Suvalki dəhlizi adlanan ərazidə yerləşir.
