satellite   Azerspace-1: 11135 H 30000

AEBA və İran nüvə proqramı ilə bağlı texniki müzakirələri başa çatdırıb

AEBA və İran nüvə proqramı ilə bağlı texniki müzakirələri başa çatdırıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Əraqçi ilə ölkənin nüvə proqramı üzrə texniki müzakirələri başa çatdırdığını bəyan edib.

NTV xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"İranın xarici işlər naziri Abbas Əraqçi ilə sabah Cenevrədə keçirilməsi nəzərdə tutulan mühüm danışıqlara hazırlıq çərçivəsində məzmunlu texniki müzakirələri indicə başa çatdırdıq", - R.Qrossi bildirib.

Qeyd edək ki, Omanın vasitəçiliyi ilə fevralın 17-də Tehran və Vaşinqton arasında İranın nüvə proqramı üzrə danışıqlar aparılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM