satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb

Ukrayna Çexiyanın təşəbbüsü çərçivəsində 4,4 milyon sursat alıb

Ukraynaya Çexiyanın təşəbbüsü çərçivəsində Qərb dövlətlərinin hesabına üçüncü ölkələrdən alınmış təxminən 4,4 milyon iri çaplı sursat göndərilib.

NTV xəbər verir ki, “ÇTK” xəbər agentliyinin məlumatına görə, Ukrayna 2024-cü ildə bu təşəbbüs çərçivəsində 1,5 milyon, ötən il isə 1,8 milyon iri çaplı sursat alıb.

Təşəbbüsə təxminən 20 ölkə qoşulub. Donor ölkələr ümumilikdə 100 milyard kron (təxminən 4,6 milyard dollar) vəsait toplayıblar. Çexiya bu təşəbbüsün həyata keçirilməsində əsasən Danimarka və Niderlandla əməkdaşlıq edir.

Rusiyanın hərbi təcavüzə başlamasından (24 fevral 2022-ci il) dərhal sonra Çexiya Ukrayna Silahlı Qüvvələri üçün sursatı üçüncü ölkələrdən Qərb dövlətlərinin hesabına almağı təklif edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM