satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda təhlükəsizlik postuna hücum: 12 silahlı, 11 hərbçi həlak olub

Pakistanda təhlükəsizlik postuna hücum: 12 silahlı, 11 hərbçi həlak olub

Pakistanın Xayber Paxtunxva vilayətinin Bajaur dairəsində təhlükəsizlik postuna edilən terror hücumunda 12 silahlı və 11 təhlükəsizlik əməkdaşı həlak olub.

NTV Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, hücum edənlər postu keçməyə çalışsa da, təhlükəsizlik qüvvələri onları məhv edib.

Partlayıcı yüklü avtomobilin partlaması nəticəsində postun bir hissəsi dağılıb, yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib.

Hazırda təhlükəsizlik qüvvələri bölgədə qalan silahlıları zərərsizləşdirmək üçün əməliyyat aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM