Ermənistan Baş naziri Nikol Paşinyan işgüzar səfərlə ABŞ-a yola düşüb.
NTV məlumatına görə, bu barədə Ermənistan baş nazirinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, Ermənistan hökumətinin başçısı fevralın 19-da Vaşinqtonda "Sülh Şurası"nın ilk iclasında iştirak edəcək.
