satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstanda yol qəzaları üzrə ölüm səviyyəsi Aİ-ni geridə qoyur

Bolqarıstanda yol qəzaları üzrə ölüm səviyyəsi Aİ-ni geridə qoyur

Bolqarıstanda yol-nəqliyyat hadisələri nəticəsində ölüm göstəricisi Avropa İttifaqının (Aİ) ortalamasından xeyli yüksəkdir.

NTV Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyası hesabat təqdim edib. 2024-cü ildə Bolqarıstanda hər milyon nəfərə 74 ölüm halı düşüb, Aİ üzrə orta göstərici isə 45 olub. Bununla belə, ölkə 2030-cu ilədək yol qəzalarında ölümlərinin 50 faiz azaldılması hədəfinə çatmaq istiqamətində səy göstərir.

Aİ-də ümumilikdə 2024-cü ildə 19 min 900 nəfər yol qəzasında həyatını itirib ki, bu da əvvəlki illə müqayisədə 2 faiz azdır. Komissiya yol təhlükəsizliyi sahəsində əlavə tədbirlərin vacib olduğunu vurğulayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM