satellite   Azerspace-1: 11135 H 30000

KİV: ABŞ 2003-cü ildən sonra Yaxın Şərqdə ən böyük aviasiya qrupu cəmləşdirir

KİV: ABŞ 2003-cü ildən sonra Yaxın Şərqdə ən böyük aviasiya qrupu cəmləşdirir

ABŞ 2003-cü ildə İraqa hücumundan bəri Yaxın Şərqə ən böyük aviasiya qüvvələrini yerləşdirir.

NTV-nin məlumatına görə, belə qiymətləndirmə "The Wall Street Journal"da yer alıb.

Qeyd olunur ki, ABŞ Yaxın Şərqdə hərbi gücünü artırmağa davam edir və ora F-22 və F-35 qırıcı təyyarələri göndərir. Bundan əlavə, regiona ikinci təyyarədaşıyan gəmi və komanda məntəqəsi kimi xidmət edən təyyarələr də gedir. Nəşrin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, qüvvələrin bu cəmləşməsi Vaşinqtona bir neçə həftə ərzində İrana qarşı döyüş əməliyyatları aparmaq imkanı verəcək.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp islam respublikasına qarşı zərbələr barədə hələ yekun qərar verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM