satellite   Azerspace-1: 11135 H 30000

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib

İsrail təhlükəsizlik xidmətləri üçün ən yüksək hərbi hazırlıq elan edib

İsrailin təhlükəsizlik xidmətləri ABŞ-nin İrana mümkün hücumu ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib.

NTV xəbər verir ki, “Ynet” portalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Portalın iddiasına görə, İsrail rəsmiləri hesab edir ki, Tehran fevralın 17-də Cenevrədə keçirilən danışıqlar zamanı Vaşinqtonun səsləndirdiyi tələblərə dərhal əməl etməsə, ABŞ İrana genişmiqyaslı zərbələr endirə bilər.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Tehranın yəhudi dövlətinə zərbələrinin qaçılmaz olduğuna inanır.

Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi baş tutub. Abbas Əraqçinin sözlərinə görə, tərəflər bir sıra məsələlərdə qarşılıqlı razılaşma əldə ediblər və bu razılaşmalar gələcək nüvə sazişi layihəsinə də daxil edilə bilər. ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens isə danışıqların bir neçə aspekt üzrə yaxşı keçdiyini, lakin Tehranın hələlik Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeni qəbul etmədiyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM