satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib

Cənubi Koreyanın sabiq Prezidenti ömürlük azadlıqdan məhrum edilib

Seul məhəkəməsi ölkədə hərbi vəziyyətin elan edilməsi və konstitusiya quruluşuna qarşı qiyam üzrə cinayət işi ilə əlaqədar Cənubi Koreyanın keçmiş Prezidenti Yun Sok Yolu təqsirli bilib.

NTV xəbər verir ki, sözügedən məhkəmə prosesi üzrə fevralın 19-da keçirilən son iclasda sabiq Prezident Yun Sok Yolu qiyamı təşkil etməkdə təqsirli bilib. Məhkəmə keçmiş prezidentə ömürülük azadlıqdan məhrumetmə cəzası verib.

Məhkəmə, həmçinin keçmiş müdafiə naziri Kim Yonq Hyunu qiyamda iştirak etməkdə və planlaşdırmaqda təqsirli bilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 3-də Koreya Respublikasının sabiq Prezidenti Yun Sok Yol ölkədəki Şimali Koreya tərəfdarları ilə mübarizə aparmağın zəruriliyini əsas gətirərək hərbi vəziyyət rejimi elan edib. Cənubi Koreya Prokurorluğu onu qiyamda günahlandırdıqdan sonra Konstitusiya Məhkəməsi apreldə onun impiçmentini təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM