satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək

ABŞ-nin dövlət qurumlarında süni intellektin tətbiqi üçün min proqramçı işə götürüləcək

ABŞ administrasiyası Maliyyə Nazirliyi və NASA kimi qurumlarda süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqi üçün təxminən min nəfər proqram təminatı mühəndisinin işə götürüləcəyini elan edib.

NTV xəbər verir ki, “Financial Times” qəzeti bu barədə Ağ Evin kadrlar idarəsinin rəhbəri Skott Kupora istinadla məlumat yayıb. ABŞ administrasiyası bu istiqamətdə “Apple”, “Coinbase”, “Microsoft”, “Nvidia”, “OpenAI”, “xAI” və “Palantir” də daxil olmaqla bir neçə texnologiya nəhəngi ilə tərəfdaşlıq edir.

Hazırda elanla bağlı 10 mindən çox müraciət daxil olub. İşə qəbul qərarları ali təhsil və ya iş təcrübəsinə deyil, bacarıqlara əsaslanacaq. Nəşrin məlumatına görə, seçilmiş namizədlər ildə 150-200 min dollar maaş alacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM