satellite   Azerspace-1: 11135 H 30000

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir

Media: Aİ səfirləri Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gələ bilmir

Fevralın 18-də baş tutan danışıqlarda Avropa İttifaqı (Aİ) səfirləri Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı yenidən razılığa gələ bilməyiblər.

NTV xəbər verir ki, “Euractiv” portalı bu barədə diplomatlara istinadla məlumat yayıb. Məlumata görə, Malta və Yunanıstan kölgə donanmasına qoyulan məhdudiyyətlərin onların gəmiçilik sənayesinə potensial təsiri ilə bağlı narahatlıqlarını bildiriblər. Həmçinin danışıqlarda gəmilərin siyahısı da daxil olmaqla, bir sıra digər məsələlər barədə fikir ayrılıqları qalır.

Səfirlər müzakirələri fevralın 20-də davam etdirəcəklər. Sanksiyalar paketinin fevralın 24-dək razılaşdırılacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM