satellite   Azerspace-1: 11135 H 30000

Sudanda məcburi köçkün düşərgəsinə hücum zamanı azı 15 uşaq həlak olub

Sudanda məcburi köçkün düşərgəsinə hücum zamanı azı 15 uşaq həlak olub

Sudanın Qərbi Kordofan bölgəsindəki əl-Sunut şəhərində məcburi köçkünlər üçün nəzərdə tutulmuş düşərgəyə edilən hücum nəticəsində azı 15 uşaq həlak olub, 10-u yaralanıb.

NTV yerli mediaya istinadla xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Təşkilatın bəyanatında bildirilib ki, məcburi köçkün düşərgəsini pilotsuz uçuş aparatı hədəf alıb.

Bəyanatda hücum edən tərəfin adı açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM