satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda yaşayış binasında baş verən partlayış nəticəsində azı 16 nəfər ölüb

Pakistanda yaşayış binasında baş verən partlayış nəticəsində azı 16 nəfər ölüb

Fevralın 19-da Pakistanın Karaçi şəhərində qaz partlayışı baş verən yaşayış binasının bir hissəsinin uçması nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla azı 16 sakin həlak olub, 14 nəfər yaralanıb.

NTV  “Dawn” nəşrinə istinadla xəbər verir ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Günortadan sonra 1122 xilasetmə xidməti axtarış-xilasetmə əməliyyatının başa çatdığını bildirib.

Rəsmi məlumatda bildirilib ki, ölənlər arasında səkkiz azyaşlı, dörd qadın və dörd kişi var. Şəhər meri jurnalistlərə müsahibəsində deyib: “Polis ərazini mühasirəyə alıb və təhlükəsizliyi gücləndirib. Qəzanın baş verdiyi bina qanunsuz tikilidir və qəzalı vəziyyətdə olub”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM