satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada qadın ilk dəfə dövlət qulluğuna rəhbər təyin edilib

Böyük Britaniyada qadın ilk dəfə dövlət qulluğuna rəhbər təyin edilib

Böyük Britaniyanın Baş naziri Kir Starmer dövlət qulluğuna ilk dəfə qadın rəhbər təyin edib.

NTV “Reuters”ə istinadla xəbər verir ki, Antonia Romeo Nazirlər Kabinetinin katibi vəzifəsinə təyin olunub. Bununla da o, ölkənin ən yüksək dövlət qulluğu postunu tutan ilk qadın olub. Antonia Romeo hökumətin islahat gündəliyini irəli aparmaqla və dövlət aparatında dəyişiklikləri sürətləndirməklə vəzifələndirilib.

Romeo bu postda Kris Uormaldu əvəz edəcək. O, ötən həftə hökuməti tərk edib. Uormaldun gedişi Piter Mandelsonun Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarında səfiri təyin olunması ilə bağlı yaranmış mübahisələr fonunda baş verib. Antonia Romeo indiyədək bir sıra dövlət qurumlarında, o cümlədən Daxili İşlər Nazirliyində çalışıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM