satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı SEPAH-ı rəsmən terror təşkilatı kimi tanıyıb

Avropa İttifaqı SEPAH-ı rəsmən terror təşkilatı kimi tanıyıb

Avropa İttifaqı (Aİ) İranın İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) rəsmən terror təşkilatları siyahısına daxil edib.

NTV xəbər verir ki, bu siyahıya daxil edildikdən sonra SEPAH-a Aİ-nin antiterror sanksiyaları çərçivəsində məhdudlaşdırıcı tədbirləri tətbiq olunacaq. Bu tədbirlər Aİ-yə üzv ölkələrdə təşkilatın maliyyə və digər aktivlərinin, eləcə də iqtisadi resurslarının dondurulmasını, eləcə də Aİ subyektlərinin həmin qrup üçün maliyyə və iqtisadi resurs təminatının qadağan olunmasını əhatə edir.

Bu qərardan sonra Aİ-nin terrorçu təşkilatlar siyahısında 13 şəxs, eləcə də 23 qrup və təşkilat məhdudlaşdırıcı tədbirlərə məruz qalır.

Xatırladaq ki, SEPAH-ın terror təşkilatı kimi tanınması barədə ilk qərar Aİ xarici işlər nazirlərinin yanvarın 29-da Brüsseldə keçirilən toplantısında qəbul edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM