satellite   Azerspace-1: 11135 H 30000

Fransanın qərbini su basıb, Parisdə də daşqın təhlükəsi var

Fransanın qərbini su basıb, Parisdə də daşqın təhlükəsi var

Fransanın qərbindəki beş departamentdə daşqınlara görə ən yüksək - qırmızı təhlükə səviyyəsi elan edilib.

NTV BFMTV-yə istinadən xəbər verir ki, bu departamentlər Atlantik Luara, Jironda, Lo və Qaronna, Men və Luara ilə Sahilyanı Şarantadır.

Daha 18 departamentdə narıncı səviyyə qüvvədədir.

Jironda departamentində bir neçə min ev təsərrüfatı elektriksiz, təxminən 20 min nəfər mobil rabitəsiz qalıb.

Çayların daşması nəticəsində yaranan daşqınlar Fransanın qərbində nəqliyyat sisteminin işində fasilələrə səbəb olub. Daşqına görə 70-dən çox yol bağlanıb. Dəmir yolunda, xüsusilə Bordo rayonunda nasazlıqlar var.

Parisdə Sena çayında suyun səviyyəsinin qalxması gözlənilir. Bildirilib ki, Sena çayı şənbə günü daşa bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM