satellite   Azerspace-1: 11135 H 30000

Pentaqon: ABŞ son iki ildə Kiyevə yardımı 40 dəfədən çox azaldıb

Pentaqon: ABŞ son iki ildə Kiyevə yardımı 40 dəfədən çox azaldıb

ABŞ Müdafiə Kəşfiyyat Agentliyi 2022–2024-cü illərlə müqayisədə son iki il ərzində Ukraynaya yardımın 44 dəfə azaldığını müəyyən edib.

NTV xəbər verir ki, bu barədə Pentaqonun baş müfəttişləri, ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ofisləri tərəfindən Konqres üçün birgə hazırlanmış və fevralın 19-da dərc olunmuş hesabatda bildirilib.

Sənəddə 2025-ci il 1 iyul–31 dekabr tarixlərində Kiyevə dəstək məqsədilə atılan addımlar, həmçinin NATO-nun şərq cinahının gücləndirilməsi və ABŞ-ın Avropadakı hərbi mövcudluğunun artırılması məqsədi daşıyan Atlantik Qətiyyət Əməliyyatı təhlil edilir.

Hesabata görə, 2022–2024-cü illərdə Ukraynaya hərbi və maliyyə yardım proqramları üçün ümumilikdə 183,58 milyard dollar ayrılıb. Sonuncu iri paket – 60,78 milyard dollar – ABŞ Konqresi tərəfindən 2024-cü ilin aprelində təsdiqlənib. O vaxtdan bəri maliyyələşdirmə “nisbətən az miqdarda” olub.

Belə ki, 2025-ci ildə yardımın həcmi 3,92 milyard dollar təşkil edib, 2026-cı maliyyə ili (30 sentyabrda başa çatır) üçün isə cəmi 220 milyon dollar vəsait nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM