satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada məbəd yanıb, üç nəfərin meyiti aşkar edilib

Yaponiyada məbəd yanıb, üç nəfərin meyiti aşkar edilib

Yamaquti prefekturasının (Yaponiya) Simonoseki şəhərində məbəd və ona bitişik binalar yanıb.

NTV xəbər verir ki, bu barədə NHK portalı yanğın xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, xarabalıqlarda üç nəfərin meyiti aşkar edilib.

Yanğın təxminən üç saat sonra söndürülüb, lakin məbədin ərazisində əsas zal və yaşayış evi daxil olmaqla üç bina yanıb.

Polisin məlumatına görə, orada beş nəfərdən ibarət ailə yaşayır, lakin onlarla hələ əlaqə saxlamaq mümkün olmayıb.

Hadisə yerində araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM