satellite   Azerspace-1: 11135 H 30000

Yeni Zelandiyadan Moskvaya yeni sanksiya zərbəsi: 100 gəmi, 13 şirkət və 23 şəxs siyahıya alındı

Yeni Zelandiyadan Moskvaya yeni sanksiya zərbəsi: 100 gəmi, 13 şirkət və 23 şəxs siyahıya alındı

Yeni Zelandiyanın hakimiyyət orqanları Avropa İttifaqının ardınca Rusiya neftinə qiymət tavanını endirməklə Rusiyaya qarşı sanksiyaları genişləndirib.

NTV xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatda deyilir.

Məlumata görə, Rusiya neftinin bareli üçün qiymət tavanı 47,6 dollardan 44,1 dollara endirilib. Sənəddə, həmçinin fevralın 20-də sanksiya siyahısına 23 şəxsin, 13 şirkətin və “kölgə donanması”na aid 100 gəminin əlavə edildiyi qeyd olunur.

Bu arada, Avropa İttifaqı tezliklə Rusiya neftinin daşınması xidmətlərini tamamilə qadağan etməyi planlaşdırır. Lakin bəzi üzv ölkələr indiyədək buna razılıq verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM