Cənubi Koreyanın parlament komissiyası qiyama görə məhkum olunmuş şəxslər üçün prezident əfvini qadağan edən qanun layihəsini təsdiqləyib.
NTV xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
Qeyd edilib ki, qanun layihəsi qiyama və ya dövlətə qarşı cinayətlərdə əli olan şəxslərin əfv olunması imkanını qadağan edən və ya əhəmiyyətli dərəcədə məhdudlaşdıran "Əfv haqqında Qanun"a düzəlişdir.
Düzəliş ölkənin sabiq prezidenti Yun Sok Yolun 2024-cü ilin sonunda qiyama rəhbərlik etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilməsindən bir gün sonra təsdiq edilib.
