satellite   Azerspace-1: 11135 H 30000

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

Husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və Əbhə Beynəlxalq Hava Limanına təşkil etdiyi hücumlar nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.

NTV xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Əbhə Beynəlxalq Hava Limanının ərazisindəki obyektlərə yönələn hücum nəticəsində isə 2 nəfər ölüb, 28 nəfər xəsarət alıb.

“Reuters” agentliyinin məlumatına görə, hücumlar oktyabrın 6-da və 7-də həyata keçirilib.

Xatırladaq ki, son günlər Yəmənin qərbinə nəzarət edən husi qruplaşması ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında qarşıdurmalar intensivləşib. Toqquşmalar nəticəsində 200 mindən çox yəmənli evlərini tərk etməyə məcbur olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM