Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərində avtobusa zərbə endirib. Hücum nəticəsində 33 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
NTV bu barədə Kramatorsk Şəhər Şurasının mətbuat xidmətinə istinadla xəbər verir.
Məlumatda qeyd olunub ki, hücum zamanı avtobusda sərnişinlər olub.
İlkin məlumata görə, zərbə nəticəsində 33 nəfər ölüb, 18 sərnişin yaralanıb.
Şəhər Şurası davamlı atəşə tutulma səbəbindən Kramatorskda ictimai nəqliyyatın hərəkətinin dayandırıldığını elan edib.
