satellite   Azerspace-1: 11135 H 30000

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Tacikistan Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycanın sədrliyini tam dəstəkləyəcək.

NTV xəbər verir ki, bu sözləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü zamanı deyib.

O vurğulayıb: “Tacikistan Azərbaycanın konstruktiv təşəbbüslərini dəstəkləməyə və əldə edilən razılaşmaların praktiki həyata keçirilməsinə kömək etməyə hazırdır. Əminəm ki, qarşılıqlı etimad və mehriban qonşuluq ortaq məqsədlərə doğru ardıcıl şəkildə irəliləməyə davam etməyimizə imkan verəcək. Azərbaycanı sədrliyi münasibətilə təbrik edirəm və biz onu hər cür dəstəkləyəcəyik”.

Emoməli Rəhmon, həmçinin kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsinin, məlumat və praktik təcrübə mübadiləsinin genişləndirilməsinin və mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.

Mədəni və humanitar əməkdaşlıqdan danışan Tacikistan Prezidenti ədəbi, tarixi və mədəni əsərlərin tərcüməsi üzrə işlərin davam etdirildiyini qeyd edib.

Emoməli Rəhmon iqlim dəyişmələri, buzlaqların əriməsi, səhralaşma ilə mübarizə, biomüxtəlifliyin qorunması və milli parkların inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayaraq ətraf mühit gündəliyinə xüsusi diqqət yetirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM