satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Amur vilayətində qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti tapılıb

Rusiyanın Amur vilayətində qəzaya uğramış helikopter və həlak olan üç şəxsin meyiti tapılıb

Amur vilayətində itkin düşmüş "Robinson" helikopterinin axtarışları başa çatıb, qəza yeri və həlak olan üç şəxsin meyiti aşkar edilib.

NTV-nin TASS-a istinadən xəbərinə görə, bu barədə vilayət hökuməti məlumat yayıb.

Özəl helikopter fevralın 19-da yerli vaxtla təxminən saat 23:00-da Amaranka kəndindən 130 km aralıdan havaya qalxıb. Göyərtədə pilotdan başqa meşə tədarükü zamanı işçinin ölümünü araşdıran müstəntiq və polis əməkdaşı da olub.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, əməkdaşlar iş yerinə yetirərkən həlak olmuş meşə tədarükü müəssisəsi işçisinin meyitinin tapıldığı hadisə yerindən qayıdırmışlar. "İnterfaks"ın mənbəsi iddia edib ki, uçuş üçün icazə alınmayıbmış.

Fevralın 20-də aparılan axtarışlar nəticə verməmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM