satellite   Azerspace-1: 11135 H 30000

Avropanın altı ölkəsi Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini tələb edib

Avropanın altı ölkəsi Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsini tələb edib

Rumıniya və Avropa İttifaqına (Aİ) daxil olan daha beş ölkə Yaxın Şərqdə gərginliyin artması fonunda vətəndaşlarının regiondan çıxarılması üçün qurumun Mülki Müdafiə Mexanizminin aktivləşdirilməsi tələbi ilə çıxış edib.

NTV Rumıniya mətbuatına istinadla xəbər verir ki, təşəbbüs bölgədə yaranmış təhlükəsizlik riskləri ilə əlaqədar irəli sürülüb.

Bildirildiyinə görə, mexanizmin aktivləşdirilməsi Avropa ölkələrinin imkanlarını birləşdirərək münaqişə zonasından vətəndaşların təxliyəsini daha koordinasiyalı şəkildə həyata keçirməyə şərait yaradacaq. Bu çərçivədə Avropa Komissiyası əməliyyatların təşkilinə və nəqliyyat xərclərinin bir hissəsinin qarşılanmasına dəstək verə bilər.

Rumıniya hakimiyyət orqanları hazırda regionda olan vətəndaşlarla diplomatik nümayəndəliklər və konsulluq xidmətləri vasitəsilə əlaqə saxlayır və onların təhlükəsiz şəkildə ölkəyə qaytarılması üçün tədbirlər görür.

Məlumata görə, dövlət qurumları və diplomatik xidmətlər bu prosesin koordinasiyası üçün mütəmadi məsləhətləşmələr aparır.

Bildirilir ki, təhliyə tədbirləri zərurət yarandığı halda digər Aİ ölkələrinin vətəndaşlarını da əhatə edə bilər. Bu isə Aİ daxilində həmrəylik və qarşılıqlı dəstək mexanizmlərinin tətbiqi ilə həyata keçirilir.

Qeyd edək ki, Aİ-nin Mülki Müdafiə Mexanizmi fövqəladə hallarda üzv dövlətlərin birgə fəaliyyətini koordinasiya etmək məqsədi ilə yaradılıb. Mexanizm vasitəsilə təbii fəlakətlər, humanitar böhranlar və təhlükəsizlik riskləri zamanı xilasetmə əməliyyatları, humanitar yardım və vətəndaşların təhliyəsi kimi tədbirlər həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM