İspaniya milli futbol komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunda səfərdə Xorvatiyanı 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqəni vaxtından əvvəl təmin edib.
NTV xəbər verir ki, Splitdə keçirilən görüşdə İspaniyanın qollarını Mikel Merino, Xorvatiyanın qolunu isə İvan Perişiç vurub. Xorvatiya 80-ci dəqiqədən etibarən bir nəfər azlıqda oynayıb.
Bu qələbə İspaniya millisinin məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb. Bununla komanda öz rekordunu yeniləyib.
İspaniya 12 xalla qrupda liderdir. İngiltərə 9 xalla ikinci, Xorvatiya 3 xalla üçüncü, Çexiya isə xalsız sonuncudur.
Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar Millətlər Liqasının dörddəbir finalına yüksələcəklər.
