Özbəkistanın Buxara şəhərində üzərində Kufi yazıları olan Samanilər dövrünə aid suvaq panellərinin fraqmentləri tapılıb.
NTV Uza informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyasının mütəxəssisləri bu fraqmentlərin qədim məscidin memarlıq dekorasiyasının bir hissəsi olduğunu müəyyənləşdiriblər.
Mütəxəssislərin sözlərinə görə, tapıntı Samanilər dövründə Buxaranın memarlıq xüsusiyyətlərinin, xüsusilə suvaq oyma və epiqrafik-dekorativ sənət ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Hazırda zəif vəziyyətdə olan suvaq fraqmentlərinin bərpası və qorunması üzrə işlər aparılır. Arxeoloji qazıntılar davam etdirilir.
