satellite   Azerspace-1: 11135 H 30000

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Britaniya Mühafizəkarlar Partiyası növbəti ümumi seçkilərdə qalib gələcəyi təqdirdə ölkəni uzaqmənzilli raket və dron hücumlarından qorumaq üçün 10 milyard funt sterlinq dəyərində müdafiə sistemi quracağını açıqlayıb.

NTV xəbər verir ki, “Britannia Shield” adlandırılan sistem radarlar, komanda-idarəetmə vasitələri və raketlərin qarşısını alan müdafiə raketlərindən ibarət inteqrasiya olunmuş şəbəkə olacaq. Mühafizəkarlar əvvəlcə layihəni mahiyyət etibarilə Britaniyanın “Dəmir Günbəz”i kimi təqdim etsələr də, partiya lideri Kemi Badenok sonradan bu müqayisədən uzaqlaşıb.

O bildirib ki, Britaniya İsrailin “Dəmir Günbəz” sisteminin eynisini yaratmaq niyyətində deyil və yeni sistem ölkənin üzləşdiyi konkret təhlükələrə uyğun hazırlanacaq.

Badenokun sözlərinə görə, layihənin 10 milyard funt sterlinqlik dəyəri 10 il ərzində maliyyələşdiriləcək və hər il bu məqsədlə 1 milyard funt sterlinq ayrılacaq. Maliyyələşdirmənin Mühafizəkarların 2030-cu ilədək müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırmaq planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin əvvəlində general Riçard Barrons İcmalar Palatasının Müdafiə Komitəsində çıxışı zamanı “Dəmir Günbəz” tipli ilkin səviyyəli sistemin 10 il ərzində təxminən 80 milyard funt sterlinqə başa gələ biləcəyini demişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM