satellite   Azerspace-1: 11135 H 30000

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib - FOTOLAR

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüş keçirib.

ANAMA-dan NTV-yə verilən məlumata görə, görüş zamanı ölkəmizdə mövcud mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə səfirə məlumat verilib.

Görüş zamanı Azərbaycanın mina təhlükəsi ilə mübarizə fəaliyyətinə İsrail tərəfindən dəstək imkanları, əməkdaşlıq perspektivləri, qabaqcıl texnologiyaların və innovativ həllərin minatəmizləmə prosesinə tətbiqi məsələləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM