satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Azərbaycan ilə Böyük Britaniya arasında tranzit yükdaşımalarının həcmi 2025-ci ildə 14 faiz artıb.

NTV xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.

O bildirib ki, qarşıdakı dövrdə əsas prioritetlərdən biri Orta Dəhlizin ötürücülük qabiliyyətinin daha da artırılması və rəqəmsallaşdırılmasıdır.

“Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. 2025-ci ildə Azərbaycan ilə Böyük Britaniya arasında tranzit yükdaşımalarının 14 faiz artması bu potensialı əks etdirir. Rəqəmsal transformasiya da əməkdaşlığın perspektivli istiqamətlərindəndir. Süni intellekt, kibertəhlükəsizlik, məlumat mərkəzləri və insan kapitalının inkişafı sahələrində birgə təşəbbüslər üçün böyük potensial var”, - deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM