satellite   Azerspace-1: 11135 H 30000

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Yəməndə avqustun əvvəlindən davam edən döyüşlər nəticəsində 184 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

NTV xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilib ki, sentyabrın 27-dən oktyabrın 3-dək təxminən 21 min 800 nəfər yaşayış yerini dəyişib. Bu, əvvəlki həftə ilə müqayisədə 26 faiz çoxdur. Oktyabrın 4-də isə təxminən 4 min 500 nəfər evlərini tərk edib.

Bildirilib ki, didərgin düşənlərin qida, sığınacaq və digər əsas humanitar yardımlara ehtiyacı var.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husilər arasında 2014-cü ildən davam edən münaqişə son günlər yenidən şiddətlənib. Oktyabrın 4-də hökumət qüvvələri husilərin nəzarətində olan ərazilərin geri alınması məqsədilə genişmiqyaslı hərbi əməliyyata başladıqlarını açıqlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM