Hörmüz boğazını keçərkən hücuma məruz qalmış tankerin heyət üzvlərindən 12-si yaralanıb.
N TV “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Panama bayrağı ilə üzən gəmidə 19 heyət üzvü olub. Onların 17-si Hindistan vətəndaşlarıdır.
Hindistanın Xarici İşlər Nazirliyi “MT On Peace” adlı neft tankerinə edilən mərmi hücumunu pisləyib. Vurğulanıb ki, yaralılar hazırda Omanda müalicə olunurlar.
