satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Oktyabrın 7-də 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) NTV-yə verilən məlumata görə, buna görə sabah saat 14:00-dan 18:00-dək Naxçıvan şəhərinin 56, 59, 60, 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun, H.Rəhmanov küçələrində, Hərbi şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM